
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəməndəki vəziyyətin dünyadakı ən böyük humanitar böhran olduğunu bildirib.
Ahlibeyt.az-ın məlumatına görə, “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Yəməndə müharibə tərəflərinin nümayəndələrini yaxın günlərdə İsveçdə görüşdürməyə çalışdıqlarını söyləyib:
“Tərəflər arasında əsirlərin dəyişdirilməsi üzrə razılaşma imzalanması planlaşdırılır. Bu, müharibə gedişində ilk razılıq ola bilər”.
BMT-nin Humantiar Məsələlər üzrə baş katibinin köməkçisi Deyvid Bisli isə 18 milyon insanın aclıqla üz-üzə olduğunu deyib və təcili olaraq atəşkəs imzalanması üçün çağırış edib. O qeyd edib ki, xəstəxanalarda da vəziyyət yaxşı deyil və hər gün onlarla uşaq ölümlə tərk edilir.
Qeyd edək ki, 28 milyon nəfər əhalisi olan Yəmən 3 ildən çoxdur Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalır. Döyüşlər zamanı 10 minlərlə insan ölüb.