|
Avropa Parlamentindən Səudiyyə Ərəbistanı və müttəfiqlərinə silah EmbarqosuDeputatlar hazırladıqları qətnamə layihəsi ilə Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə aid olmasını istəyib. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatın görə, Avropa Parlamenti (AP) üzvləri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbindən Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə aid ollmasını nəzərdə tutan qərar layihəsi hazırlayıb. Qaşıqçı cinayətindən sonra 1-ə qarşı 325 səslə qəbul etdiyi qətnamədə səudiyyəli jurnalistin öldürülməsini ən sərt şəkildə pisləyən və Səudiyyə Ərəbistanına Avropa Birliyi miqyasında silah embarqosu tətbiq olunmasını tələb edən AP deputatları embarqo məsələsində konkret addım atıb. Deputatlar hazırladıqları qətnamə layihəsi ilə Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə aid olmasını istəyib. "AP Səudiyyə Ərəbistanı, BƏƏ və Yəməndəki Səudiyyə koalisiyanın digər üzvlərinə silah ixracının BMT-nin səlahiyyətli orqanları tərəfindən aşkar edilən bu ölkələrin qarışdığı ciddi insan haqları pozuntuları səbəbilə uyğun olmadığını düşünməkdədir",- deyilən sənəddə, embarqoya münasibətin ümumi siyasətə daxil olmayan AB ölkələrinə kriminal tədbirlər həyata keçirilməsinə yönəlik bir mexanizm hazırlanması da təklif edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2018 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |