14 Noyabr, 2018
Avropa Parlamentindən Səudiyyə Ərəbistanı və müttəfiqlərinə silah Embarqosu

Deputatlar hazırladıqları qətnamə layihəsi ilə Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə aid olmasını istəyib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatın görə, Avropa Parlamenti (AP) üzvləri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbindən Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə aid ollmasını nəzərdə tutan qərar layihəsi hazırlayıb.

Qaşıqçı cinayətindən sonra 1-ə qarşı 325 səslə qəbul etdiyi qətnamədə səudiyyəli jurnalistin öldürülməsini ən sərt şəkildə pisləyən və Səudiyyə Ərəbistanına Avropa Birliyi miqyasında silah embarqosu tətbiq olunmasını tələb edən AP deputatları embarqo məsələsində konkret addım atıb.

Deputatlar hazırladıqları qətnamə layihəsi ilə Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq olunmasına və embarqonun Yəməndəki Səudiyyə koalisiyanın bütün üzvlərinə aid olmasını istəyib.

"AP Səudiyyə Ərəbistanı, BƏƏ və Yəməndəki Səudiyyə koalisiyanın digər üzvlərinə silah ixracının BMT-nin səlahiyyətli orqanları tərəfindən aşkar edilən bu ölkələrin qarışdığı ciddi insan haqları pozuntuları səbəbilə uyğun olmadığını düşünməkdədir",- deyilən sənəddə, embarqoya münasibətin ümumi siyasətə daxil olmayan AB ölkələrinə kriminal tədbirlər həyata keçirilməsinə yönəlik bir mexanizm hazırlanması da təklif edilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8993.html