|
|
Nigeriyada yenidən Ərbəin yürüşünə atəş açılıb – Həlak olanların sayı 27-ə çatıb (FOTO)Ötən həftənin bazar günü və cari həftənin ilk günü Nigeriyada İmam Hüseynin qırx mərasimi kimi tanınan Ərbəin ərəfəsində baş tutan yürüş az keçməmiş etiraz aksiyasına çevrilmişdi. Polis tərəfindən açılan atəş nəticəsində burada 9 nəfər həyatını itirmişdi. Ahlibeyt.az-ın məlumatına görə,Salamnews əl-Aləm telekanalına istinadla xəbər verir ki, ötən gündə Nigeriyanın paytaxtı Abuca şəhərində də Ərbəin günü ilə bağlı matəm və yürüş keçirilib. Təhlükəsizlik qüvvələri son 3 ildə olduğu kimi ötən gündə də bu dinc yürüşə atəş açıb. Məlumata görə burada ölənlərin sayı 27-ə çatıb. Nigeriyanın hökumət mənbələri iddia edib ki, Ərbəin yürüşünü keçirənlər “Nigeriya İslam Hərəkatı”nın üzvləri olub. Qeyd edək ki, Nigeriya hökuməti 3 il öncə “Nigeriya İslam Hərəkatı”nın yürüşünü amansızlıqla dağıtmışdı. O zaman hərəkatın lideri Şeyx İbrahim Zəkzakinin 3 oğlu 300-dən artıq nigeriyalı ilə birgə öldürülmüş liderin özü isə həbsə atılmışdı. Şeyx İbrahim Zəkzaki hələ də həbsdədir. Beynəlxalq hüquq təşkilatları Nigeriyada etirazçıların amansızlıqla öldürülməsini pisləmişdi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2018 10:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |