31 Oktyabr, 2018
Nigeriyada yenidən Ərbəin yürüşünə atəş açılıb – Həlak olanların sayı 27-ə çatıb (FOTO)

Ötən həftənin bazar günü və cari həftənin ilk günü Nigeriyada İmam Hüseynin qırx mərasimi kimi tanınan Ərbəin ərəfəsində baş tutan yürüş az keçməmiş etiraz aksiyasına çevrilmişdi. Polis tərəfindən açılan atəş nəticəsində burada 9 nəfər həyatını itirmişdi.

Ahlibeyt.az-ın məlumatına görə,Salamnews əl-Aləm telekanalına istinadla xəbər verir ki, ötən gündə Nigeriyanın paytaxtı Abuca şəhərində də Ərbəin günü ilə bağlı matəm və yürüş keçirilib.

Təhlükəsizlik qüvvələri son 3 ildə olduğu kimi ötən gündə də bu dinc yürüşə atəş açıb.

Məlumata görə burada ölənlərin sayı 27-ə çatıb.

Nigeriyanın hökumət mənbələri iddia edib ki, Ərbəin yürüşünü keçirənlər “Nigeriya İslam Hərəkatı”nın üzvləri olub.

Qeyd edək ki, Nigeriya hökuməti  3 il öncə “Nigeriya İslam Hərəkatı”nın yürüşünü amansızlıqla dağıtmışdı. O zaman hərəkatın lideri Şeyx İbrahim Zəkzakinin 3 oğlu 300-dən artıq nigeriyalı ilə birgə öldürülmüş liderin özü isə həbsə atılmışdı. Şeyx İbrahim Zəkzaki hələ də həbsdədir.

Beynəlxalq hüquq təşkilatları Nigeriyada etirazçıların amansızlıqla öldürülməsini pisləmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8931.html