|
Gənclər beynəlxalq münasibətlərə dair fikirlərini ifadə etməlidirlər - SəfirMəlum olduğu kimi, İƏT Gənclər Forumu İdarə heyətinin qərarına əsasən, Qüds şəhəri 2018-ci ildə İslam dünyasının Gənclər paytaxtı elan edilib. “Qüds – İslam Dünyası Gənclər Paytaxtı 2018” proqramı çərçivəsində dünyanın müxtəlif regionlarında bir sıra mədəni və humanitar tədbirlər keçirilir. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, belə tədbirlərdən biri də Parisdəki Jan Mone mərkəzində təşkil olunub. Belə ki, burada “Əl-Qüdsün insani simaları” adlı fotosərgi nümayiş edilib. Sərginin açılış mərasimində çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov qeyd edib ki, gənclərə beynəlxalq münasibətlər sahəsində aktual məsələlərə dair fikirlərini, o cümlədən bədii vasitələrlə ifadə etməyə imkan yaratmaq olduqca vacibdir. Səfir bildirib ki, bu sərgi həmçinin YUNESKO və digər beynəlxalq təşkilatların mənzil-qərargahlarında mədəniyyətlərarası dialoq çərçivəsində nümayiş etdiriləcək. Daha sonra E.İskəndərov qalibləri elan edərək, sərgiyə qatılan yüzlərlə digər iştirakçıya və tərəfdaşlara minnətdarlığını ifadə edib. Fələstinin Fransadakı səfiri Salman əl-Hərfi İƏT Gənclər Forumuna “Qüds – İslam Dünyası Gənclər Paytaxtı 2018” proqramı çərçivəsində çoxsaylı tədbirlərin təşkilində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2018 10:00 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |