|
“Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri” - Yeni nəşrSəfəvişünaslığa dəyərli töhfə - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri” monoqrafiyası institutun elmi şurasının qərarı ilə nəşr olunub. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoylu, elmi məsləhətçisi isə professor Sakit Hüseynovdur. Monoqrafiya Azərbaycan Səfəvilər dövlətinin şeyxülislamı, XVII əsr Azərbaycan ilahiyyatşünaslığının inkişafında müstəsna rol oynamış Əllamə Məhəmməd Bağır əl-Məclisinin həyat və yaradıcılığına həsr edilib. Səfəvişünaslığa dəyərli töhfə olan bu kitabda Səfəvi şeyxülislamı Əllamə Məclisinin yetişdiyi dövrün nəzərdən keçirilməsi, onun həyat və fəaliyyətinin elmi şəkildə araşdırılması, “Biharül-ənvar” əsərinin Azərbaycan ilahiyyatşünaslığının inkişafındakı rolunun müəyyənləşdirilməsi və digər mövzular öz əksini tapıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2018 10:34 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |