14 İyul, 2018
“Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri” - Yeni nəşr

Səfəvişünaslığa dəyərli töhfə - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Əllamə Məclisi və onun Biharül-ənvar əsərinin hədis tarixində yeri” monoqrafiyası institutun elmi şurasının qərarı ilə nəşr olunub.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoylu, elmi məsləhətçisi isə professor Sakit Hüseynovdur.

Monoqrafiya Azərbaycan Səfəvilər dövlətinin şeyxülislamı, XVII əsr Azərbaycan ilahiyyatşünaslığının inkişafında müstəsna rol oynamış Əllamə Məhəmməd Bağır əl-Məclisinin həyat və yaradıcılığına həsr edilib.

Səfəvişünaslığa dəyərli töhfə olan bu kitabda Səfəvi şeyxülislamı Əllamə Məclisinin yetişdiyi dövrün nəzərdən keçirilməsi, onun həyat və fəaliyyətinin elmi şəkildə araşdırılması, “Biharül-ənvar” əsərinin Azərbaycan ilahiyyatşünaslığının inkişafındakı rolunun müəyyənləşdirilməsi və digər mövzular öz əksini tapıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8678.html