|
|
Azərbaycan İlahiyyat İnstitutu açıq qapı günləri elan edibAzərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun məlumat kitabçası çap edilib. Ahlibeyt.az-ın DQİDK mətbuat xodmətinə istinadən verdiyi xəbərə görə, məlumat kitabçasında Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub-saxlanılması və inkişaf etdirilməsi, eləcə də bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə yaradılan İnstitutda təhsilalmanın üstünlükləri barədə ətraflı məlumat verilib. Tələbələrin beynəlxalq tələbə mübadilə proqramlarında iştirak etməsi üçün yaradılacaq şərait, məzunların dövlət xətti ilə xaricdə təhsil alma imkanları vurğulanıb. Eyni zamanda, ali təhsil ocağına qəbul qaydaları dəqiqliklə izah edilib. Məlumat kitabçası ilə aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz: scwra.gov.az/upload/Files/Kitabxana/katalog.pdf
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2018 12:41 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |