9 İyul, 2018
Azərbaycan İlahiyyat İnstitutu açıq qapı günləri elan edib

Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun məlumat kitabçası çap edilib.

Ahlibeyt.az-ın DQİDK mətbuat xodmətinə istinadən verdiyi xəbərə görə, məlumat kitabçasında Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub-saxlanılması və inkişaf etdirilməsi, eləcə də bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə yaradılan İnstitutda təhsilalmanın üstünlükləri barədə ətraflı məlumat verilib.

Tələbələrin beynəlxalq tələbə mübadilə proqramlarında iştirak etməsi üçün yaradılacaq şərait, məzunların dövlət xətti ilə xaricdə təhsil alma imkanları vurğulanıb. Eyni zamanda, ali təhsil ocağına qəbul qaydaları dəqiqliklə izah edilib.

Məlumat kitabçası ilə aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz:

scwra.gov.az/upload/Files/Kitabxana/katalog.pdf

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8651.html