|
|
Azərbaycanda “FETO” işi ilə əlaqədar həbs edilən Türkiyə vətəndaşının vəsatəti təmin olunmayıbBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "FETO" işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdemirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi davam etdirilib. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə İ. Özdemirin vəkili hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Proses iyunun 21-də davam etdiriləcək. Qeyd edək ki, İ. Özdemir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İ. Özdemir Azərbaycanda həbs edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2018 11:47 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |