
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "FETO" işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdemirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə İ. Özdemirin vəkili hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Proses iyunun 21-də davam etdiriləcək.
Qeyd edək ki, İ. Özdemir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İ. Özdemir Azərbaycanda həbs edilib.