إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 24-cü gün

İmam Səccad(ə) Ramazan ayı münacatında buyurur:

"Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir, və Ramazan ayanın sona yetməsi ilə günahlarımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla, xətalarımızı pak etməklə bitsin."

Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

" İyirmi dördüncü günə görə, sizin hər biriniz Cənnətdə öz yerini görməmiş dünyadan getməyəcəksiniz. Sizin hər biriniz min xəstənin və Allaha itaət edərək öz evini tərk etmiş min qəribin mükafatını alacaqsınız.Allah sizə İsmailin(ə) nəslindən olan min köləni azad etməyin mükafatını əta edəcək"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2020  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!