|
|
Şimali Azərbaycanda İslam maarifçiliyi barədə monoqrafiya nəşr olunub“Şimali Azərbaycanda İslam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiya nəşr olunub. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Şimali Azərbaycanda İslam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” monoqrafiyası nəşr olunub. Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İradə Bağırovadır. Nəşrdə Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalılarının fəaliyyət və yaradıcılığında İslam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı, o cümlədən Bakı qazısı, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2018 10:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |