2 İyun, 2018
Şimali Azərbaycanda İslam maarifçiliyi barədə monoqrafiya nəşr olunub

“Şimali Azərbaycanda İslam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiya nəşr olunub.

Ahlibeyt.az-ın  AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “Şimali Azərbaycanda İslam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” monoqrafiyası nəşr olunub.

Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru İradə Bağırovadır.

Nəşrdə Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalılarının fəaliyyət və yaradıcılığında İslam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı, o cümlədən Bakı qazısı, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mir Məhəmməd Kərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8492.html