إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - 7-ci gün

İmam Rza(ə) silsilə vastəsilə Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə buyurur: “Həqiqətən də Ramazan ayı çox böyük və əzəmətli aydır. Allah-Taala bu ayda gözəl işlərin savabını artırır. Pis işləri oruc tutanların əməl dəftərindən silir. Oruc tutanların mənəvi dərəcələrini yüksəldir. Allah-Taala bu ayda sədəqə verənlərin, tabeliyində və itaəti altında olanlara (ailə, övlad, işçi və s...) yaxşılıq edənlərin günahlarını bağışlayır.”

Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

"Ramazanın yeddinci günü Allah təala sizə "Nəim” cənnətində qırx min şəhid və qırx min siddiqin (doğru danışanın) savabını əta edər"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2020  10:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!