إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsan Ramazan ayında “Furqan” məqamına çata bilər

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir". ("Bəqərə" surəsi, ayə 185)

Bu ayəyə görə insan Ramazan ayında "furqan"(haqqı-batildən ayıran) məqamına çata bilər, yəni haqla batili ayırd edə bilən bəsirət qazana bilər.

Bu ay insanlıq yolunu getmək üçün ən gözəl fürsətdir. Bu şərtlə ki, insan təkcə fiqhi oruc deyil, əxlaq orucu da tutsun. Əxlaq orucu budur ki, insan özünü günahdan qorusun, insanın bədən üzvləri Allaha xatir imsak etsin, göz, qulaq, dil, əl və ayaq və meyilləri də oruc tutsun və onda batil meyl olmasın.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2018  10:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!