إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - Altıncı gün

İmam Sadiq (ə) Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdə buyurur:  @Bü ayda öz canlarınızı zəhmətə və səyə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır".

Artıq mübarək Ramazan ayı daxil olub.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməd(s)dən nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

"Allah təala sizə Ramazanın altıncı günü "Darus-səlamda”(əmin-anmanlıq yurdu-Cənnət) yüz min şəhər əta edər və hər bir şəhərdə yüz min ev olar. Hər evdə yüz min otaq olar. Hər otaqda qızıldan yüz min kürsü olar. Hər kürsünün uzunluğu min zira(dirsək) olar. Hər kürsünün üstündə bir huri olar və onların qarşısında xidmətçi olar"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)

 

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2020  10:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!