|
Mübarək Ramazan günlərinin savabları - Dördüncü günİmam Həsən (ə) buyurur: - "Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu". Artıq mübarək Ramazan ayı daxil olub.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməd(s)dən nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik: Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür? - O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən. - Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım. -O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim: - "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı - - Ramazanın dördüncü günü Allah sizə "xuld”(əbədi) cənnətində yetmiş min qəsr əta edər. Hər qəsrdə yetmiş min ev olar və hər evdə əlli min kürsü olar və hər kürsüdə bir huri ilə bərabər min köməkçisi olar. O, köməkçilərin hər biri dünya və dünyada olanlardan xeyirlidir"... Ardı var.. Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2020 10:30 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |