إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları - Üçüncü gün

Fatimeyi-Zəhra(s.ə) buyurur:

- "Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun".

Artıq mübarək Ramazan ayı daxil olub.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməd(s)dən nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

- Allah Ramazanın üçüncü günü bədəninizdə olan hər tükün müqabilində "Firdovs” cənnətində ağ dürrdən olan bir günbəz əta edər. O günbəzin üstündə və altında nurdan ibarət iyirmi min  otaq, hər otaqda min kürsü və hər kürsüdə bir huri olar. Hər gün sizi min mələk ziyarət edər və hər bir mələk sizin hüzurunuza hədiyyə ilə gələr"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2020  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!