|
Bu il Ramazan təqvimində imsak vaxtına dəyişiklik edilib - QMİ-dən açıqlamaQMİ Ramazan təqvimində qeyd olunan imsak vaxti ilə bağlı yaranmış çaşqınlığa aydınlıq gətirib. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı bəyanat yayıb. Ahlibeyt.az-ın məlumatına görə,vİdarədən APA-ya daxil olan bəyanatda bildirilir ki, QMİ Qazılar Şurası tərəfindən təsdiq olunmuş mübarək Ramazan ayının təqvimində imsak vaxtı əvvəllər olduğu kimi sübh azanından 15 dəqiqə deyil, 5 dəqiqə əvvəl göstərilib. Bununla əlaqədar, Qafqaz Müsəlmanları İdarəsinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olur: "İmsak vaxtının sübh namazından 5 dəqiqə əvvəl təyin edilmə qərarı hər iki məzhəb üləmalarının fikirləri əsas tutularaq qəbul olunub. Oruc tutan qardaş və bacılarımızın nəzərinə çatdırırıq ki, imsak vaxtının sübh azanından bir qədər əvvəl olması oruc tutanların səhuru sübh azanından əvvəl bitirib namaza hazır olmaları üçündür. Builki Ramazan təqvimində belə bir dəyişiklik etmə qərarının başlıca məqsədi oruc tutanların rahatlığını daha yaxşı şəkildə təmin etməkdir. İmsak vaxtı ilə sübh azan vaxtı arasındakı 5 dəqiqəlik müddətin son hədd olduğu bir daha önəmlə vurğulanır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2018 17:07 ⁄ Çap
Bu bölmədə29 Mart, 2025 Mübarək Ramazan ayının son gecəsinin əməlləri28 Mart, 2025 Fitrə zəkatı nə qədər çıxarılmalıdır19 Mart, 2025 Qədr gecəsi oxunması tövsiyyə iki xüsusi dua19 Mart, 2025 QƏDR gecələri üçün xüsusi hacət namazı |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|