إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ramazan ayı təqvimi - Namaz,imsak və iftar zamanı

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq.Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

Bu cədvəl  - Təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı,ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün  nəzərdə tutulub.

Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:

Sumqayıt- 1 dəqiqə sonra; Ağdam - 11 dəqiqə sonra;  Astara -2 dəqiqə sonra; Gəncə - 14 dəqiqə sonra; Qazax - 19 dəqiqə sonra; Quba - 6 dəqiqə sonra; Lənkəran - 3 dəqiqə sonra;

Saatlı - 7 dəqiqə sonra; Sabirabad -5 dəqiqə sonra;Şabran - 3 dəqiqə sonra; Şamaxı - 6 dəqiqə sonra; Şəki - 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra;Yevlax -11 dəqiqə sonra,

Naxçıvan - 17 dəqiqə sonra; Göyçay - 8 dəqiqə sonra; Zaqatala - 14 dəqiqə sonra.

Xatırladaq ki,saytın müvafiq namaz vaxtları bölümü cədvəldə qeyd olunan şər'i vaxt ölçüləri ilə eynidir.

Xatırladaq ki,təqdim olunan təqvim Qafqaz Müsəlmanları İdarəsinin AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə tərtib etdiyi Ramazan ayının başlanğıcı və namaz vaxtlarını müəyyənləşdirən xüsusi təqvimə uyğundur.

Oxucularımızı bu ayın daxil olması ilə bağlı əlavə məlumatlandıracağıq.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2018  10:15 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com