إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayı ilə bağlı açıqlama

"Bu gün 28 Şaban, sabah isə 29 Şabandır. Yəni sabah Ramazanın daxil olması mümkün deyil"

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri Ayətullah Xameneinin ofisinə bağlı "Hilalın izlənməsinə nəzarət" edən qurumun rəisi höccətülislam Əlirza Müvəhhidnəjad bildirib.

Onun sözlərinə görə, böyük ehtimalla Ramazan ayının birinci günü cümə axşamı - 17 mayda olacaqdır.

"Böyük ehtimalla çərşənbə günü axşam saatlarında Ramazan ayının hilalını gözlə görmək mümkün olacaqdır -deyə Müvəhhidnəjad əlavə edib (red:16 may gün batdıqdan sonra ayın hilalı görünəcək və 17 may Ramazan ayının ilk gününün orucunu tutacağıq)

Azərbaycanda da mübarək Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi fətva verib. QMİ Ramazan ayının birinci gününü 17 may elan edib.

"Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.", - QMİ-nin yaydığı fətvada qeyd edilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2018  16:48 Çap

Bu bölmədə


© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com