|
|
VI Qlobal Bakı Forumu başlayıbBakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu başlayıb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, VI Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: "2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib". Çıxışı zamanı Qarabağ probleminə toxunan dövlət başçısı bildirib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000 İsmayıl Səragəldin, Türkiyənin baş naziri Binəli Yıldırım da çıxış edəcək, İtaliya prezidenti Sercio Matarella, Böyük Britaniyanın baş naziri Tereza Mey, Rumıniyanın baş naziri Viorica Dancila, Roma Papası Fransisk və BMT baş katibi Antonio Quterrişin Foruma ünvanlanan müraciətləri oxunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2018 10:22 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |