15 Mart, 2018
VI Qlobal Bakı Forumu başlayıb

Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu başlayıb.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, VI Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev çıxış edib.

Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: "2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib".

Çıxışı zamanı Qarabağ probleminə toxunan dövlət başçısı bildirib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini  tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Mərasimdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti (1992-2000 İsmayıl Səragəldin, Türkiyənin baş naziri Binəli Yıldırım da çıxış edəcək, İtaliya prezidenti Sercio Matarella, Böyük Britaniyanın baş naziri Tereza Mey, Rumıniyanın baş naziri Viorica Dancila, Roma Papası Fransisk və BMT baş katibi Antonio Quterrişin Foruma ünvanlanan müraciətləri oxunacaq.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8227.html