|
Məşədi Dadaş məscidində Xocalı soyqırımı anılıb - FotoFevralın 25-də Məşədi Dadaş məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə Quran gecəsi keçirilib. Tədbirə aparıcılıq edən tanınmış din xadimi hacı Əlizaman Əliyev Xocalı soyqırımının tarixi haqda danışıb. Daha sonra məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli müasir tarixin ən faciəli hadisəsi olan Xocalı qətliamının və şəhidlik məfhumunun milli şüurumuzdakı yeri haqda çıxış edib. Anım mərasiminin davamında beynəlxalq Quran müsabiqələrinin qalibi, tanınmız Azərbaycanlı qari hacı Ruslan Qasımov və tələbələri Quran qariləri İbrahim Salayev,Hüseyn Əhmədov,Hüseyn Mirzəliyev Xocalı qurbanlarının ruhuna Müqəddəs Kitabımızın ayələrini tilavət ediblər. Tədbirdə məşhur Quran qarisi hacı Rahib Əliyev də şəhidlərimizin ruhuna Quran oxuyub. Xatırladaq ki,fevralın 25-də "Məşədi Dadaş" məscidinin dini icması Xocalı soyqırımı abidəsini ziyarət edib.İcma üzvləri "Darul-hikmət" Elm və Tədris Mərkəzinin tələbə və müəllim heyəti ilə birgə abidəni ziyarət edərək soyqırım qurbanlarının əziz xatirəsininyad ediblər.
Mənbə: hacishahin.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2018 11:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |