26 Fevral, 2018
Məşədi Dadaş məscidində Xocalı soyqırımı anılıb - Foto

Fevralın 25-də Məşədi Dadaş məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsinə Quran gecəsi keçirilib.

Tədbirə aparıcılıq edən tanınmış din xadimi hacı Əlizaman Əliyev Xocalı soyqırımının tarixi haqda danışıb. Daha sonra məscidin imamı, ilahiyyatçı hacı Şahin Həsənli müasir tarixin ən faciəli hadisəsi olan Xocalı qətliamının və şəhidlik məfhumunun milli şüurumuzdakı yeri haqda çıxış edib.

Anım mərasiminin davamında beynəlxalq Quran müsabiqələrinin qalibi, tanınmız Azərbaycanlı qari hacı Ruslan Qasımov və tələbələri Quran qariləri İbrahim Salayev,Hüseyn Əhmədov,Hüseyn Mirzəliyev Xocalı qurbanlarının ruhuna Müqəddəs Kitabımızın ayələrini tilavət ediblər.

Tədbirdə məşhur Quran qarisi hacı Rahib Əliyev də şəhidlərimizin ruhuna Quran oxuyub.

Xatırladaq ki,fevralın 25-də "Məşədi Dadaş" məscidinin dini icması Xocalı soyqırımı abidəsini ziyarət edib.İcma üzvləri "Darul-hikmət" Elm və Tədris Mərkəzinin tələbə və müəllim heyəti ilə birgə abidəni ziyarət edərək soyqırım qurbanlarının əziz xatirəsininyad ediblər.

 

Mənbə: hacishahin.az

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8168.html