|
|
Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncəni açıqladıİslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncəni açıqlayıb Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un İRNA-ya istinadən verdiyi xəbərə əsasən, İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncənin təkfirçilik olduğunu bildirib. O Əfqanıstan paytaxtı Kabulda keçirilən şiə-sünni alimlərin iştirak etdiyi "Radikallıqla müdafiə yolları" adlı tədbirdə video konfrans vasitəsilə "təkfirçilərin bu gün İslam dünyasında od vurduqları atəşin səbəb olduğu xarabayı gələcək 50 ildə belə bərpa etmək mümkün olmayacaq", - deyə qeyd edib. Ayətullah Məkarim Şirazi bildirib ki, təkfirçilərin hədəfi təkcə şiələr deyil, öz maraqlarına uymayan sünni müsəlmanlar da onların hədəfinə tuş gəlməkdədirlər. İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi sözlərinin davamında təkfirçiliyin İslam Dünyası sərhədlərini də aşdığını, bugün onların dünyanı bel ətəhdid etdiyini qeyd edərək, onlarla təkcə hərbi yolla mübarizə etməyin mümkünsüz olduğunu önə çəkib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2018 11:12 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |