16 Fevral, 2018
Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncəni açıqladı

İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncəni açıqlayıb

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un İRNA-ya istinadən verdiyi xəbərə əsasən, İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi İslam Dünyası üçün ən təhlükəli düşüncənin təkfirçilik olduğunu bildirib. O Əfqanıstan paytaxtı Kabulda keçirilən şiə-sünni alimlərin iştirak etdiyi "Radikallıqla müdafiə yolları" adlı tədbirdə video konfrans vasitəsilə "təkfirçilərin bu gün İslam dünyasında od vurduqları atəşin səbəb olduğu xarabayı gələcək 50 ildə belə bərpa etmək mümkün olmayacaq", - deyə qeyd edib.

Ayətullah Məkarim Şirazi bildirib ki, təkfirçilərin hədəfi təkcə şiələr deyil, öz maraqlarına uymayan sünni müsəlmanlar da onların hədəfinə tuş gəlməkdədirlər.

İslam Dünyasının böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullah Məkarim Şirazi sözlərinin davamında təkfirçiliyin İslam Dünyası sərhədlərini də aşdığını, bugün onların dünyanı bel ətəhdid etdiyini qeyd edərək, onlarla təkcə hərbi yolla mübarizə etməyin mümkünsüz olduğunu önə çəkib.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8125.html