|
|
Hacı Şahin Həsənli Cəlilabadda xanım Zəhranın(ə) şəhadət günü ilə bağlı keçiriləcək mərasimə qatılacaqİslam peyğəmbəri həzrət Məhəmmədin(s) sevimli qızı, ismət rəmzi,dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi Zəhranın (ə) şəhadət günləri ilə bağlı Azərbaycanın müxtəlif bölgələrində mərasimlər təşkil edilir. Ahlibeyt.az-ın məlumatına görə,fevralın 14-də Cəlilabad rayonu mərkəzi Cümə məscidində təşkil olunacaq. Mərasimdə tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli və əhli-beyt məddahı Seyyid Peyman Boradigahlı iştirak edəcək. Mərasim fevral ayının 14-ü saat 19:00-da başlayacaq. Qeyd edək ki, Həzrəti Fatimənin (s) şəhadət günü ilə bağlı tarixdə iki versiya qeyd olunub. Bəzi mənbələr bu hadisənin hicri-qəməri təqvimi ilə cəmadiül-əvvəl ayının 13-də, bəzi mənbələr isə cəmadiül-sani ayının 3-də baş verdiyini qeyd edir. Xanımın şəhadət tarixinin dəqiq bilinməməsi səbəbindən İslam alimləri bu iki tarix arasındakı 20 günü "Əyyami-Fatimiyyə" adlandırıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2018 12:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |