
İslam peyğəmbəri həzrət Məhəmmədin(s) sevimli qızı, ismət rəmzi,dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi Zəhranın (ə) şəhadət günləri ilə bağlı Azərbaycanın müxtəlif bölgələrində mərasimlər təşkil edilir.
Ahlibeyt.az-ın məlumatına görə,fevralın 14-də Cəlilabad rayonu mərkəzi Cümə məscidində təşkil olunacaq.
Mərasimdə tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli və əhli-beyt məddahı Seyyid Peyman Boradigahlı iştirak edəcək.
Mərasim fevral ayının 14-ü saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Həzrəti Fatimənin (s) şəhadət günü ilə bağlı tarixdə iki versiya qeyd olunub. Bəzi mənbələr bu hadisənin hicri-qəməri təqvimi ilə cəmadiül-əvvəl ayının 13-də, bəzi mənbələr isə cəmadiül-sani ayının 3-də baş verdiyini qeyd edir.
Xanımın şəhadət tarixinin dəqiq bilinməməsi səbəbindən İslam alimləri bu iki tarix arasındakı 20 günü "Əyyami-Fatimiyyə" adlandırıblar.