|
|
Qəbələ “İslam dünyasının turizm paytaxtı” ola bilər“Qəbələ şəhəri "İslam dünyasının turizm paytaxtı" adına namizəddir. Bu barədə Trend-ə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) məlumat verilib. Dəkkədə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransının yekunlarına əsasən, 2019 və 2020-ci illərin "İslam dünyasının turizm paytaxtları" seçiləcək. Bu ad uğrunda namizədlər arasında Qəbələ ilə yanaşı, Dəkkə (Banqladeş), Paraku (Benin) və Aqades (Niger) şəhərləri də yer alıb. Sözügedən konfrans fevralın 6-da Banqladeş paytaxtı Dəkkədə keçiriləcək. İslam dünyasının turizm paytaxtlarının birində İslam ticarət yarmarkası təşkil olunacaq. Qeyd edək ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Konya, 2017-ci ildə Mədinə, 2018-ci il üçün Təbriz şəhərləri elan olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2018 10:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |