
“Qəbələ şəhəri "İslam dünyasının turizm paytaxtı" adına namizəddir.
Bu barədə Trend-ə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) məlumat verilib.
Dəkkədə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransının yekunlarına əsasən, 2019 və 2020-ci illərin "İslam dünyasının turizm paytaxtları" seçiləcək.
Bu ad uğrunda namizədlər arasında Qəbələ ilə yanaşı, Dəkkə (Banqladeş), Paraku (Benin) və Aqades (Niger) şəhərləri də yer alıb.
Sözügedən konfrans fevralın 6-da Banqladeş paytaxtı Dəkkədə keçiriləcək. İslam dünyasının turizm paytaxtlarının birində İslam ticarət yarmarkası təşkil olunacaq.
Qeyd edək ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Konya, 2017-ci ildə Mədinə, 2018-ci il üçün Təbriz şəhərləri elan olunub.