|
|
Milli Məclisdə uşaqların cinsi istismara məruz qalması ilə bağlı cəzanın sərtləşdirilməsi təklif olunub“Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Həmin şəxslərin daha sərt formada cəzalandırılması üçün qanuna dəyişikliklər etmək məsələsinə baxırıq”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”. Deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub: “Bu, ağrılı, utancverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”. Məlumata görə,Azərbaycanda uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi də hazırlanıb. komitə sədri A.Naxçıvanlı bildirib ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq qurumlara təqdim edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2018 12:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |