25 Yanvar, 2018
Milli Məclisdə uşaqların cinsi istismara məruz qalması ilə bağlı cəzanın sərtləşdirilməsi təklif olunub

“Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Həmin şəxslərin daha sərt formada cəzalandırılması üçün qanuna dəyişikliklər etmək məsələsinə baxırıq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”.

Deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub: “Bu, ağrılı, utancverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.

Məlumata görə,Azərbaycanda uşaqları ziyanlı informasiyalardan qorumaqla bağlı yeni qanun layihəsi də hazırlanıb. komitə sədri A.Naxçıvanlı bildirib ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb və baxılması üçün müvafiq qurumlara təqdim edilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7978.html