إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zikr məqamı - Kumeyl duasının fəzilət və şərhi

Böyük alim,ustad Hüseyn Ənsariyanın  Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl” duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.

Zikr məqamı

Öz bəndəsinin qəlbini təmizlədikdən sonra Allahın ona ilham etdiyi zikr dua kitablarındakı zikrlərdən fərqlənir. Bəndəyə ilham olunmuş zikr dünya və axirət səadətinin əsasıdır. Qafil kəslər bu zikrlərdən məhrumdurlar.

İlham olunmuş zikr dil yox, hal zikridir. Bu zikr vasitəsi ilə insanın bəsirət gözü açılır və o, sonsuz gözəl bir görüşə nail olur.

Bir sevgidir ki, yeri könüldə

Çətin ki, bir kimsə saxlaya əldə.

Bu sevgidir qəlbi nura bürüyən,

Yalnız könül içrə odda əriyən.

Endiyi məkanın itmiş qərarı,

Gecə də gündüz də axtarır yarı.

Xəyalı dağınıq, addımı titrək,

Dil-dodaq nə bilsin nə çəkir ürək.

Özgədən yalandır tapıla çarə

Vüsala yetincə əlbət avarə.

Müxlisdir, riyadan büsbütün uzaq,

Dünyaya, varına göstərməz maraq.

Mələklər də «amin» söylər bu eşqə

Anlayarlar onun sevdası başqa.

İlhami zikr imam Səccad (ə)-ın «bizi gizli zikrə mənus et, pak əmələ və bəyənilmiş səyə yetir» duasıdır.

İslam Peyğəmbəri (s) öz «mənzilət» hədisində, güman ki, bu həqiqətə işarə etmişdir: «Hər zaman Allahı xatırlayan mömin üçün beş nur mövcuddur: daxil olduğu yer, çıxdığı yer, dediyi sözlər, yediyi qida nurdur və qiyamət günü üzü nura tərəfdir».

Mərifət əhli, haqq yolçusu üçün varlıq aləmində Allahın zikrindən şirin şey yoxdur. İnsan dünyəvi bağlılıqların və heyvani istəklərin əsarətindən çıxmasa heç zaman bu zikrə nail ola bilməz.

«Əllahummə inni əsəlukə sualə xaziin mutəzəllilin xaşiin, ən tusamihəni və tərhəməni və təcələni biqismikə raziən qaniən və fi cəmiil-əhvali mutəvaziən»

(«Pərvərdigara, Səndən təvazökar, zəlil, itaətkar bir bəndə kimi mənim riayətə etməyimi etməyini, mənə rəhm etməyini, qismət etdiyindən razı salmağını və bütün hallarda təvazökar saxlamağını istəyirəm».)

Ardı var..

Əvvəli - http://ahlibeyt.az/news/a-7882.html

 

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2018  14:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!