|
Mübariz Qurbanlı Yevlaxda dini icmalarla görüş keçiribDekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdədən olan vətəndaşları qəbul edib. Ahlibeyt.az-ın dövlət komitəsinin mətbuat xidmətinə isstinadən məlumatına görə,Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, Quran kurslarının təşkil edilməsi və digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Yaradılan şəraitdən razılıqlarını bildirən vətəndaşlar, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Dekabr, 2017 14:06 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |