19 Dekabr, 2017
Mübariz Qurbanlı Yevlaxda dini icmalarla görüş keçirib

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdədən olan vətəndaşları qəbul edib.

Ahlibeyt.az-ın dövlət komitəsinin mətbuat xidmətinə isstinadən məlumatına görə,Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, Quran kurslarının təşkil edilməsi və digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib.

Yaradılan şəraitdən razılıqlarını bildirən vətəndaşlar, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7826.html