|
|
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı veribAzərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. Ahlibeyt.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident! Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin!" Qeyd edək ki,İran-İraq sərhəddində baş verən zəlzələ nəticəsində İranda 207-nəfər dünyasını dəyişib, 2000-dən çox insanın yaralanıb. İraqda də zəlzələnin böyük dağıttılara səbəb olduğu barədə məlumatlar verilir,lakin ölən və yaralananlar barədə hələlik rəsmi açıqlama verilməyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2017 10:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |