13 Noyabr, 2017
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Ahlibeyt.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Ölkənizin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Qeyd edək ki,İran-İraq sərhəddində baş verən zəlzələ nəticəsində  İranda  207-nəfər dünyasını dəyişib, 2000-dən çox insanın yaralanıb. İraqda də zəlzələnin böyük dağıttılara səbəb olduğu barədə məlumatlar verilir,lakin ölən və yaralananlar barədə hələlik rəsmi açıqlama verilməyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7648.html