|
|
Allahşükür Paşazadə Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edibQMİ sədri Allahşükür Paşazadə bütün əzadarlara başsağlığı verib. İmam Hüseyni (ə) sevənlərə tövsiyə edib ki, öz qanları ilə qana ehtiyacı olanlara həyat versinlər. "Artıq Azərbaycanda Aşura günü qanvermə aksiyası bir çox qonşu ölkələrdə də nümunə kimi istifdə edilir” - bunu Aşura günü münasibəti ilə “Təzəpir” məscidində qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, saat 12.00-a qədər Azərbaycan üzrə 2500-ədən çox insan qan verib. Qeyd edək ki,ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib. 1863 litr qan toplanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2017 19:05 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |