
QMİ sədri Allahşükür Paşazadə bütün əzadarlara başsağlığı verib. İmam Hüseyni (ə) sevənlərə tövsiyə edib ki, öz qanları ilə qana ehtiyacı olanlara həyat versinlər.
"Artıq Azərbaycanda Aşura günü qanvermə aksiyası bir çox qonşu ölkələrdə də nümunə kimi istifdə edilir” - bunu Aşura günü münasibəti ilə “Təzəpir” məscidində qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, saat 12.00-a qədər Azərbaycan üzrə 2500-ədən çox insan qan verib.
Qeyd edək ki,ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib. 1863 litr qan toplanıb.