|
|
Bakıda “Ərbəinə hazırlıq” mövzusunda konfrans keçirilibİraqın “Al-Aqqsar” şirkəti Bakı nümayəndəliyi ilə birgə Bakıda “Ərbəinə hazırlıq” mövzusunda konfrans keçirib. Ahlibeyt.az-ın SalamNews xəbər verir ki, dünyanın ən böyük tədbiri olan Ərbəinə aid konfransda vətəndaşlara və qrup rəhbərlərinə vacib məlumat və tövsiyyələr çatdırılıb. Bildirilib ki, Ərbəin ziyarəti günü noyabrın 9-na təsadüf edir. Vizaverilmə proseduru əvvəlki illərdə olduğu kimi, şirkətlərin iştirakı ilə asanlaşdırılmış qaydada keçiriləcək. Zəvvarları daşıyan avtobuslar üçün bütün ölkə üzrə vahid qiymət təyin olunub. Bu il Azərbaycan zəvvarları İraqa İranın Şələmçə gömrük məntəqəsindən keçəcəklər.Ərbəin zəvvarlarının təqribən 5 %-nə qədəri Kərbəla şəhərində hotellərdə yerləşmək imkanına malik olacaq. Qalan 95 % isə Hüseyniyyə məscidləri, mədrəsə və evlərdə yerləşdiriləcək. Tədbirdə həmçinin zəvvarlara tövsiyələr də verilib. Diqqətə çatdırılıb ki, üç gündən çox piyada yol gedəcək zəvvarlar yol ehtiyatlarında diqqətli olmalıdırlar. Səfərdə çətinliklərə görə məsuliyyəti daha çox zəvvarların öz üzərinə götürmək tövsiyə olunub.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2017 09:26 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |