
İraqın “Al-Aqqsar” şirkəti Bakı nümayəndəliyi ilə birgə Bakıda “Ərbəinə hazırlıq” mövzusunda konfrans keçirib.
Ahlibeyt.az-ın SalamNews xəbər verir ki, dünyanın ən böyük tədbiri olan Ərbəinə aid konfransda vətəndaşlara və qrup rəhbərlərinə vacib məlumat və tövsiyyələr çatdırılıb. Bildirilib ki, Ərbəin ziyarəti günü noyabrın 9-na təsadüf edir. Vizaverilmə proseduru əvvəlki illərdə olduğu kimi, şirkətlərin iştirakı ilə asanlaşdırılmış qaydada keçiriləcək. Zəvvarları daşıyan avtobuslar üçün bütün ölkə üzrə vahid qiymət təyin olunub.
Bu il Azərbaycan zəvvarları İraqa İranın Şələmçə gömrük məntəqəsindən keçəcəklər.Ərbəin zəvvarlarının təqribən 5 %-nə qədəri Kərbəla şəhərində hotellərdə yerləşmək imkanına malik olacaq. Qalan 95 % isə Hüseyniyyə məscidləri, mədrəsə və evlərdə yerləşdiriləcək.
Tədbirdə həmçinin zəvvarlara tövsiyələr də verilib. Diqqətə çatdırılıb ki, üç gündən çox piyada yol gedəcək zəvvarlar yol ehtiyatlarında diqqətli olmalıdırlar. Səfərdə çətinliklərə görə məsuliyyəti daha çox zəvvarların öz üzərinə götürmək tövsiyə olunub.
