|
|
Azərbaycanda məscidlərdə axun sözünün ləğv edilərək, "imam" sözü ilə dəyişdirilməsi təklif edilibİstəyirik belə bir qərar qəbul edək ki, "axund" sözü yığışdırılsın, onun yerinə ancaq "imam" sözü işlədilsin. Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə deyib. A.Paşazadə bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında müzakirəyə çıxarıb. Qərara alınıb ki, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar. QMİ sədri Allahşükür Paşazadə bildirib: "Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək. Məscidlərdə yalnız imam vəzifəsi olacaq". Məlumata görə, Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi, yalnız imamlıq institutunun saxlanılmasını təklifini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da dəstəkləyib. M. Qurbanlı bildirib ki, məscidlərdə vahid sistemə keçməyin vaxtı çatıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2017 17:25 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |