14 Sentyabr, 2017
Azərbaycanda məscidlərdə axun sözünün ləğv edilərək, "imam" sözü ilə dəyişdirilməsi təklif edilib

İstəyirik belə bir qərar qəbul edək ki, "axund" sözü yığışdırılsın, onun yerinə ancaq "imam" sözü işlədilsin.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə,bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə deyib.

A.Paşazadə bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında müzakirəyə çıxarıb. Qərara alınıb ki, məscidlərdə vahid idarəçilik sisteminə keçilir və bütün məscidləri idarə edənlər imam statusu alacaqlar.

QMİ sədri Allahşükür Paşazadə bildirib: "Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək. Məscidlərdə yalnız imam vəzifəsi olacaq".

Məlumata görə, Azərbaycanda məscidlərdə axundluğun ləğv edilməsi, yalnız imamlıq institutunun saxlanılmasını təklifini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da dəstəkləyib. M. Qurbanlı bildirib ki, məscidlərdə vahid sistemə keçməyin vaxtı çatıb.

 

 


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7354.html