|
|
Hacı Şahin “Whatsapp” vasitəsilə yayılan mesajlar haqqında danışıb“Whatsapp” vasitəsilə yayılan mesajlar, “bu mesajı 25 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur. Ahlibeyt.az-ın məlumatına görə, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. O qeyd edib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə bəla gözləyir demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Sentyabr, 2017 12:37 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |