|
|
DQİDK sədrindən “Şəhidlər” və Nərimanov rayon “Cümə” məscidi ilə bağlı açıqlama“Şəhidlər” məscidi artıq fəaliyyət göstərir. Axund və imam təyin olunub. Şəhidlər Xiyabanına gələn yerli və xarici ziyarətçilər o məscidə gedib namaz qılıb ibadət edə bilirlər. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı musavat.com-a geniş müsahibəsi zamanı açıqlama verib. Komitə sədri Nərimanov rayonu " Cümə məscidi ətrafında yaranmış problemə də toxunub: Nərimanov rayon “Cümə məscidi”nə gəlincə, DQİDK, Nərimanov Rayon İH və QMİ ilə birgə şəkildə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və DQİDK-ya təqdim olunub, hazırda o sənədlərə baxılır. İnşallah, orda icma təsis edildikdən sonra o məscidə QMİ tərəfindən rəsmi din xadimi təyin olunacaq. Təyin olunduqdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək. Xatırladaq ki,Bakı şəhəri Nərimanov-r-nu "Cümə məscidi" əsasən sələfi(vəhhabi) təriqəti davamçılarının toplandığı "Əbubəkr" məscidi kimi tanınır.Adı çəkilən məsciddə 2008-ci ildə qumbarası partladılması nəticəsində iki nəfər dünyasını dəyişmiş 10 nəfər yaralanmışdır.Hadisədən sonra məsciq qapadılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2017 12:58 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |