
“Şəhidlər” məscidi artıq fəaliyyət göstərir. Axund və imam təyin olunub. Şəhidlər Xiyabanına gələn yerli və xarici ziyarətçilər o məscidə gedib namaz qılıb ibadət edə bilirlər.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı musavat.com-a geniş müsahibəsi zamanı açıqlama verib.
Komitə sədri Nərimanov rayonu " Cümə məscidi ətrafında yaranmış problemə də toxunub:
Nərimanov rayon “Cümə məscidi”nə gəlincə, DQİDK, Nərimanov Rayon İH və QMİ ilə birgə şəkildə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və DQİDK-ya təqdim olunub, hazırda o sənədlərə baxılır. İnşallah, orda icma təsis edildikdən sonra o məscidə QMİ tərəfindən rəsmi din xadimi təyin olunacaq. Təyin olunduqdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək.
Xatırladaq ki,Bakı şəhəri Nərimanov-r-nu "Cümə məscidi" əsasən sələfi(vəhhabi) təriqəti davamçılarının toplandığı "Əbubəkr" məscidi kimi tanınır.Adı çəkilən məsciddə 2008-ci ildə qumbarası partladılması nəticəsində iki nəfər dünyasını dəyişmiş 10 nəfər yaralanmışdır.Hadisədən sonra məsciq qapadılıb.