|
|
Bakı küçələrində narkomaniya ilə mübarizəyə dair sosial lövhələr quraşdırılıb - FotoBu ilin iyun ayında Bakı şəhərinin daha on küçəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan sosial lövhələr quraşdırılıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, bununla da sosial layihə çərçivəsində bu il ərzində paytaxtımızda yerləşdirilən lövhələrin sayı 45-ə çatıb. Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı videoçarx Bakı şəhərinin 19 elektron reklam tablosunda yayımlanır. Videoçarx Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bütün dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında da nümayiş olunur. Sosial rolikin hazırlanmasında məqsəd ictimai maarifləndirmə tədbirlərinin əhatəsini genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2017 10:41 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |